Azərbaycanda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var

13:58 - 08 / 04 / 2022
Azərbaycanda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Culfa rayonunun Ərəzin kəndi ərazisində rayon sakini R.Abdullayev idarə etdiyi "Hyundai" markalı mikroavtobusu aşırıb. Qəza nəticəsində sərnişin Nərgiz Qədimbəyli hadisə yerində ölüb, digər 6 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

1news.az

Paylaş:
215

Son xəbərlər

Bütün xəbərlər