BDU-dan Məzahir Pənahovun işdən çıxarılması ilə bağlı AÇIQLAMA
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunmasına dair məlumat həqiqətə uyğun deyil.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu BDU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kəmalə Quliyeva deyib.
O bildirib ki, Məzahir Pənahov indi yox, 27 may 2019-cu ildə öz ərizəsi ilə işdən azad olunub.
"Fakültə Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib.
Mətbuat orqanlarını istənilən məlumatı yayarkən dəqiqləşdirməyə çağırırıq",- K.Quliyeva deyib.
313