“LaQuzu” restoranda beynəlxalq “Baş aşpaz” kulinariya müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib – FOTO – VİDEO
"LaQuzu" #ByCafeCity restoranında Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə uşaq və gənclər arasında Beynəlxalq "Baş aşpaz" kulinariya müsabiqəsinin final mərhələsi və mükafatlandırılma mərasimi keçirilmişdir.
Respublikanın bütün bölgələrindən müsabiqəyə qatılan və finala keçid alan 68 nəfərdən 15-i qalib gəlmişdir. Soyuq qəlyanaltı, salat, əsas milli isti yeməklər və desert nominasiyaları üzrə keçirilmiş müsabiqədə qaliblər diplomlar və qiymətli hədiyyələrlə təltif olunmuşlar. Qalibləri ürəkdən təbrik edir və bizim restoranı seçdikləri üçün təşəkkür edirik!
Reklam hüququnda
595