Tərtərdə qoyun otaran şəxs minaya düşüb – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə qoyun otaran şəxs minaya düşüb – FOTO – YENİLƏNİB

S.Xankişiyeva14:13 - 09 / 04 / 2022
Tərtərdə qoyun otaran şəxs minaya düşüb – FOTO – YENİLƏNİB

Baş Prokurorluq Tərtərdə mina partlayışı barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu piyada əleyhinə mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

13:31

Tərtərdə mina partlayışı olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə,Goranboy rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Tərtər rayonu Həsənqaya kəndi ərazisində qoyun otararkən minaya düşüb.

Yaralının hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.

Mövzu ilə əlaqədar oxuyun:

Füzulidə mülki şəxs yük maşını ilə minaya düşüb - FOTO - YENİLƏNİB

Azərbaycan 15 ermənini verib 97 min mina xəritəsini aldı

Azərbaycana xüsusi təlim keçmiş iki minaaxtaran it gətirilib

ABŞ Azərbaycana 10 minaaxtaran it göndərib

Paylaş:
538

Son xəbərlər

Bütün xəbərlər