Bakı-Şuşa marşrutu üzrə aprel ayı üçün bütün biletlər satılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Şuşa marşrutu üzrə aprel ayı üçün bütün biletlər satılıb

Qafar Ağayev15:55 - 11 / 04 / 2022
Bakı-Şuşa marşrutu üzrə aprel ayı üçün bütün biletlər satılıb

Bakı-Şuşa müntəzəm avtobus reysinə aprel ayına olan biletlərin hamısı satılıb.

1news.az xəbər verir ki, Şuşaya getmək üçün mayı gözləmək istəməyənlər Füzuli rayonunun Əhmədbəyli qəsəbəsindən təşkil olunan Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutu ilə yerinə yetirilən avtobus reyslərindən istifadə edə bilərlər.

Qeyd edək ki, sərnişinlər biletləri “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) vasitəsilə onlayn qaydada ala bilərlər.

Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib.

Paylaş:
294

Son xəbərlər

Bütün xəbərlər