Batma təhlükəsində olan şəxs xilas olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Batma təhlükəsində olan şəxs xilas olunub

Qafar Ağayev09:24 - 11 / 04 / 2022
Batma təhlükəsində olan şəxs xilas olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a bildiriblər ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən xilas edilib.

Paylaş:
255

Son xəbərlər

Bütün xəbərlər