Nazir müavini: “1997-ci il 2 avqustadək şəhid olan 12 min şəhidin vərəsəsinə 11 min manat verilib”
“Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının siyasətinin ana xəttini təşkil edir”.
1news.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Nazir müavini bildirib ki, 19 aprel 2018-ci il tarixli Fərmanla şəhid ailələri daha bir sosial dəstək proqramı ilə əhatə olundu:
“1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının - 12 min şəhidin 18 mindən çox vərəsəsinə 11 min manat birdəfəlik ödəmə verilməsi proqramı uğurla icra edildi”.
288