AQTA sədri: “Azərbaycana idxal edilən “Kinder” məhsullarında bakteriya aşkarlanmayıb”
Azərbaycana idxal olunan "Ferarro" şirkətinin "Kinder Surprise" yumurtalarında salmanella bakteriyası aşkarlanmayıb” .
1news.az xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli bildirib. “Dünyada “Kinder” məhsullarının yığışdırılması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur” - deyə, AQTA sədri əlavə edib: "Söhbət Belçikada istehsal olunan “Kinder”in 6 növündən söhbət gedir. Bu məhsullardan Azərbaycana da bəzi partiyalar gəlib. Yoxlamalarımız zamanı heç bir bakteriya aşkarlanmayıb. İstər Səhiyyə Nazirliyi, istərsə də bizim qurumuza salmanella ilə bağlı heç bir təcili bildiriş vərəqəsi daxil olmayıb. Hazırda mağazalarda satılan məhsullar o partiyadan aid deyil".
384