Ukraynada müharibədə əsir götürülən azərbaycanlı tələbə azad edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukraynada müharibədə əsir götürülən azərbaycanlı tələbə azad edildi

15:26 - 12 / 04 / 2022
Ukraynada müharibədə əsir götürülən azərbaycanlı tələbə azad edildi

Ukraynada ruslar tərəfindən əsir götürülən azərbaycanlı tələbə azad edilib.

1news.az xəbər verir ki, bu barədə APA-ya Hüseyn Abdullayevin atası Amin Abdullayev məlumat verib.

Onun bildirdiyinə görə, martın 17-dən rus əsgərləri tərəfindən əsir götürülən, əslən Neftçalanın Tatarməhlə kəndindən olan 20 yaşlı H. Abdullayev Ukraynanaın Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. A. Abdullayev bildirib ki, oğlu bu gün əsirlikdən azad olunub. H. Abdullayev oradan Zaporoje şəhərinə gedib.

Onun oradan Azərbaycana qayıtması istiqamətində tədbirlər görüləcək.

1news.az

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər