“Nar” yenilənmiş satış və xidmət mərkəzini təqdim etdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nar” yenilənmiş satış və xidmət mərkəzini təqdim etdi – FOTO

S.Xankişiyeva15:20 - 13 / 04 / 2022
“Nar” yenilənmiş satış və xidmət mərkəzini təqdim etdi – FOTO

“Nar” Memar Əcəmi metrostansiyası yaxınlığındakı, M.Cəfərov 3005 ünvanında yerləşən ən böyük satış və xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib.

Mərkəzdə müştəri xidməti və satış vahid məkanda təqdim edilir. Mağazada ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlif növ xidmətlər göstərilir. Həmçinin mobil telefonların, cihazların və aksesuarların satışı da həyata keçirilir.

“Azerfon”un Baş İcraçı direktoru Qunnar Pankenin sözlərinə görə, şirkət müştəriyönümlü strategiyasının bir hissəsi kimi, həm Bakı, həm də bölgələrdəki bütün satış və xidmət mərkəzlərini yeniləməyi hədəfləyib: “Paytaxt və regionlar üzrə 40 “Nar” mağazasını tamamilə yeni konsepsiyada müştərilərimizin ixtiyarına vermişik. Müştərilərimizə ölkə ərazisində harada olmasından asılı olmayaraq, istənilən “Nar” mağazasında eyni mənzərə, eyni proses və sorğuların eyni şəkildə cavablandırılması təcrübəsi bəxş edirik. Müştərilərimizə daha yaxın olmaqla, məlumat və xidmətlərin daha rahat əldə edilməsini təmin edirik. Yenilənmiş satış və xidmət mərkəzlərimizdə müştərilərimizə ən qabaqcıl alış-veriş və üstün xidmət təcrübəsi göstəririk”.

Qeyd edək ki, “Nar” müştəri yönümlülük dəyərlərinə sadiq qalaraq, bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini yeni konseptdə təqdim etməkdədir. Daha 27 “Nar” mağazanın təmir olunması planlaşdırılır. Sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı www.nar.az/map internet səhifəsindən öyrənə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

Reklam hüququnda

Paylaş:
370

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər