İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Qafar Ağayev17:19 - 13 / 04 / 2022
İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə 1news.az-a Penitensiar Xidmətdən məlumat verilib.

Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş İbiş Əliağa oğlu İbişli ilə qısamüddətli görüşə gəlmiş qohumu Sumqayıt şəhər sakini Şamil Elxan oğlu Qəhrəmanovun əşyalarına və üzərinə baxış keçirilən zaman cibində gizlətdiyi kağız bükülüdə ümumi çəkisi 0,058 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
270

Son xəbərlər

Bütün xəbərlər