“Son zəng” tədbirləri əvvəlki qaydada keçiriləcək? – Nazirdən açıqlama
Məktəblərdə "Son zəng" tədbirinin hansı qaydada keçirilməsi məsələsinə aydınlıq gətirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar mövcud şərait davam edərsə, mərasimlər ənənəvi qaydaya yaxın formatda keçirilə bilər.
“Bu haqda danışmaq hələ tezdir. Tədris ilinin başa çatmasına 2 aya yaxın vaxt var. Ümumiyyətlə, bu tip qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mövcud vəziyyətə uyğun olaraq verilir”, - nazir qeyd edib.
671