Azərbaycanın xristian icma nümayəndələri Hadruta səfər ediblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın xristian icma nümayəndələri Hadruta səfər ediblər – FOTO

S.Xankişiyeva14:13 - 14 / 04 / 2022
Azərbaycanın xristian icma nümayəndələri Hadruta səfər ediblər – FOTO

Ölkənin xristian dini icmaları nümayəndələri Xocacvənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsinə gediblər.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu səfər Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən qarşıdan gələn Pasxa bayramı münasibətilə təşkil olunub.

Xristian icmaların nümayəndələri Hadrutda bir sıra dini məbədləri ziyarət edəcək, şəhidlərimizin rəhməti üçün dua oxuyacaq, ayinlər icra edəcəklər.

Səfərdə "Həyat Sözü", Azərbaycan Bibliya Cəmiyyəti, "Alov", "Vineyard", "Həyatverici lütf", "Şərqdə ulduz", "Yeni həyat", Alman Udi Kilsəsi, Xilaskar Yevangelist Lüteranloarın Bakı dini icması, Bakı şəhəri Nərimanov rayonu "Yeddinci Günün Adventistləri", Bakı şəhəri "Yevangelist Xristian Baptistlər Kilsəsi", Bakı şəhəri Yevangelist Məsihi Baptistləri "Aqape" dini icmaları, həmçinin Azərbaycan Respublikasında Katolik Kilsəsi Həvari Prefekturası, Rus Pravoslav (Ortodoks) Kilsəsi Bakı və Azərbaycan Yeparxiyası dini qurumların üzvləri iştirak edirlər.

Paylaş:
474

Son xəbərlər

Bütün xəbərlər