Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı – TƏQVİM | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

S.Xankişiyeva09:31 - 14 / 04 / 2022
Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

Sabah Ramazan ayının 14-cü günüdür.

1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, imsak saat 04:46-da, iftar isə saat 19:33-dədir.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, sənin üçün oruc tutdum, sənin verdiyin ruzi ilə iftarımı açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Ramazan ayının 14-cü gününün duası:

"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin".

Tərcüməsi:

"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!"

Allah orucunuzu qəbul etsin!


Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər