Masallıda sayt rəhbəri saxlanılıb
Masallıda sayt rəhbəri saxlanılıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev məlumat verib.
O bildirib ki, "cenub.az" xəbər portalının rəhbəri Zahir Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə Z.Əmənovun Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyevdən hədə-qorxu yolu ilə pul alarkən RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığı barədə məlumatlar yayılmışdı.