AMEA Rəyasət Heyəti aparatının rəhbəri işdən çıxıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA Rəyasət Heyəti aparatının rəhbəri işdən çıxıb

13:57 - 15 / 04 / 2022
AMEA Rəyasət Heyəti aparatının rəhbəri işdən çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov işdən çıxıb.

1news.az xəbər verir ki, bu barədə AMEA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Seyfəl Həsənov səhhətindəki problemlərlə bağlı işdən ayrılmaq üçün müraciət edib.

“Onun müraciəti qəbul olunub”, - bildirilib.

Xatırladaq ki, 2020-ci ilin dekabrında Seyfəl Həsənovu aparat rəhbəri vəzifəsinə AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev təyin edib.

1news.az

Paylaş:
202

Son xəbərlər

Bütün xəbərlər