“CafeCity Qız Qalası”nda “Hungarian Food Week” kulinariya festivalının final mərhələsi keçirilib – FOTO – VİDEO
“CafeCity Qız Qalası”nda Azərbaycanda macar mətbəxi həftəsinə həsr olunmuş "Hungarian Food Week" kulinariya festivalının final mərhələsi keçirilmişdir.
Tədbirdə Macarıstanın Azərbaycandakı səfiri, eləcə də münsiflər heyətinin üzvü cənab Viktor Sederkenyi da iştirak etmişdir.
Yarışmaya qatılan həvəskar-aşpazlar Azərbaycan və macar milli mətbəxinin incəliklərini qorumaqla hər iki mətbəxin vəhdətindən yaratdıqları yeməklərini nümayiş etdirmişlər. Tədbirin sonunda "CafeCity Qız Qalası" restoranı tərəfindən qonaqlara eksklüziv olaraq Qız Qalası quruluşunda Şah-plov təqdim olunmuşdur.
Qaliblər isə restoranımız və tədbirin sponsorları tərəfindən mükafatlarla təltif edilmişlər. "By CafeCity" ailəsi olaraq iki xalq arasında dostluğun möhkəmləndirilməsi naminə təşkil olunmuş bu tədbirin keçirilməsini "CafeCity Qız Qalası"na etibar etdikləri və bizə etimad göstərdikləri üçün “Azeri Home Chef” kollektivinə öz minnətdarlığımızı bildiririk.
Reklam hüququnda