AZDO.AZ - Gündəlik işlərinizin həlli tapıldı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZDO.AZ - Gündəlik işlərinizin həlli tapıldı – FOTO – VİDEO

S.Xankişiyeva11:35 - 15 / 04 / 2022
AZDO.AZ - Gündəlik işlərinizin həlli tapıldı – FOTO – VİDEO

Bir müddətdir Azərbaycanda fəaliyyətə başlayan onlayn xidmətlər bazarı platforması azdo.az 3000-dən çox tapşırıq icraçısını platformada birləşdirə bilib.

Platformanın çalışma məntiqi Azərbaycandan olan bir çox xidmət icraçısını onlayn formada vahid bazada toplamaq, daha sonra həmin şəxslərin xidmətlərinin təklifi ilə icraçılara öz işlərinə uyğun namizədləri optimal qiymətə tapmağa kömək etməkdir.

Azdo.az platformasında sifarişçi şəxslər təmir xidmətləri, kompüter həlləri, dil öyrənmə, dayə xidməti, foto, video, audio dəstək, kuryer, gözəllik-baxım, sağlamlıq kimi gündəlik və aylıq təlabatlarına platformada yer alan icraçıların təkliflərindən yararlanmaqla istifadə edə bilərlər.

Platformada yer alan 3000-dən çox icraçı, sifarişçilərin istək və tələblərinə uyğun onlara öz təkliflərini göndərə, yaradılan tapşırıqlarda iştirak sorğusu yarada bilərlər. Burada icraçılar istək və tələbatlarına uyğun tapşırıqlar yaratmaqla vahid platformada bir neçə icraçıdan təklifləri ala bilirlər. Bu da öz növbəsində rəqabətin yaranmasına və daha optimal qiymətə işin icrasına səbəb olur. Platformada sifarişçi yəni iş təklif edənlə yanaşı icraçı olmaq da sərbəstdir.

Azdo.az tipli xidmətlər platforması dünyada olduqca məşhur həllərdən hesab edilir. Bugünə qədər Azərbaycanda bu cür xidmətləri insanlar daha çox elan saytlardan tapa bilirdilər. Elan saytlarında isə imkanlar daha məhdud və daha çox məhsul satışına fokuslandığı üçün icraçı və sifarişçi arasında sadəcə ilkin əlaqə yaradılırdı və digər proseslər kənarda həyata keçirdi. Azdo.az platformasında isə işin icrası və sifarişin yerləşdirilməsi başlanğıc mərhələdən sona qədər onlayn formada baş verir və burada iş bitdikdən sonra icraçılara reytinq verilir.

Platformada tapşırıq yaratmaq çox sadədir. 3 mərhələli olan prosesin birinci mərhələsində sifarişçi tapşırığın təsvirini, daha sonra detallarını və sonda tapşırıq üçün nəzərdə tutduğu büdcəni qeyd edir. Bu imkanlara uyğun gələn namizədlər yəni icraçılar isə tapşırığı yerinə yetirmək üçün icraçıya təkliflər göndərməyə başlayırlar.

"Freelance" yəni sərbəst iş modelini sevənlər üçün platforma əlavə gəlir yeri təmin edir. Sözügedən platfromada sifarişçi və icraçı olmaq üçün azdo.az saytını ziyarət edə bilərsiniz. “

Reklam hüququnda

Paylaş:
491

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər