DİN blogerin saxlanılması ilə bağlı məlumat yayıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN blogerin saxlanılması ilə bağlı məlumat yayıb – VİDEO

S.Xankişiyeva15:18 - 16 / 04 / 2022
DİN blogerin saxlanılması ilə bağlı məlumat yayıb – VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Bakıda bloger Cəmil Quliyevin saxlanılması ilə bağlı məlumat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə DİN-in Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:

"Bakı şəhər sakini olan Cəmil Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib. Cəmil Quliyev barəsində toplanan material məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib".

Paylaş:
631

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər