Neftçalada Kürün səviyyəsinin enməsi nəticəsində küp qəbirlər aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada Kürün səviyyəsinin enməsi nəticəsində küp qəbirlər aşkarlanıb - FOTO

S.Xankişiyeva11:08 - 16 / 04 / 2022
Neftçalada Kürün səviyyəsinin enməsi nəticəsində küp qəbirlər aşkarlanıb - FOTO

Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə, Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Bildirilib ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunublar.

Qeyd olunub ki, hazırda araşdırmalar davam etdirilir.

Paylaş:
385

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər