Narkotik vasitələrin dövriyyəsinə və oğurluğa görə 11 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik vasitələrin dövriyyəsinə və oğurluğa görə 11 nəfər saxlanılıb

Qafar Ağayev14:24 - 18 / 04 / 2022
Narkotik vasitələrin dövriyyəsinə və oğurluğa görə 11 nəfər saxlanılıb

Lənkəranda keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən və oğurluq cinayətləri edən 11 nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-ın verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 10 nəfər rayon sakini saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb. Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onlardan dördünün – Ş.Məmmədov, M.Hüseynov, Q.Məmmədli və D.Əsgərovun oğurluq əməllərinin də üstü açılıb. Belə ki, həmin şəxslərin ayrı-ayrılıqda rayon ərazisindəki müxtəlif ünvanlardan oğurluqlar etdikləri müəyyən edilib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə rayonun Gərmətük qəsəbəsi ərazisində yerləşən anbardan 3070 manat dəyərində elektrik avadanlıqları və təmir-tikinti materialları, bir yaşayış evindən isə məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini F.Quliyev saxlanılıb.

Qeyd edilən faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Paylaş:
310

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər