Bakıda radarlar ən çox hansı qayda pozuntusunu qeydə alıb? – Qaydaların ən çox pozulduğu rayonları | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda radarlar ən çox hansı qayda pozuntusunu qeydə alıb? – Qaydaların ən çox pozulduğu rayonları

Qafar Ağayev16:58 - 19 / 04 / 2022
Bakıda radarlar ən çox hansı qayda pozuntusunu qeydə alıb? – Qaydaların ən çox pozulduğu rayonları

“Bakıda xüsusi texniki vasitələrlə qeydə alınan qayda pozuntuları arasında ilk sırada dayanma-durma, ikinci yerdə isə sürət həddini aşmağa görə qayda pozuntusudu”.

Bununla bağlı 1news.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

“Bakının rayonlarında dayanma-durma qaydasının ən çox pozulduğu rayonlar - Yasamal, Nərimanov, Nəsimi, Səbail, Binəqədi və Nizami rayonlarıdır. Paytaxtın digər rayonlarda da qayda pozuntuları qeydə alınır, qeyd olunanlar dayanma-durma qaydasının daha çox pozulduğu ərazilərdir. Digər rayonlarda da - Pirallahı, Sabunçu, Xəzər, Suraxanı və Qaradağ rayonlarında da radarlar quraşdırılıb”.

Araz Əsgərli

A.Əsgərli bildirib ki, son 3 ay ərzində Bakı şəhərində 125 yol qəzası baş verib.

“Baş verən hadisələr nəticəsində 52 nəfər ölüb, 96 nəfər yaralanıb. Ümumi baş vermiş yol-nəqliyyat hadisələrinin 25,6 faizində sürət həddi ilə bağlıdır”.

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər