Dənizçi olmaq istəyənlərin NƏZƏRİNƏ - ADDA plan yerlərini açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizçi olmaq istəyənlərin NƏZƏRİNƏ - ADDA plan yerlərini açıqlayıb

Qafar Ağayev10:30 - 19 / 04 / 2022
Dənizçi olmaq istəyənlərin NƏZƏRİNƏ - ADDA plan yerlərini açıqlayıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası 2022/2023-cü tədris ili üçün tələbə qəbulu elan edir.

1news.az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qəbul planına əsasən, bu il ADDA-ya ümumilikdə 200 tələbə daxil ola bilər.

Ali təhsil müəssisəsinin “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasında Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də tədris nəzərdə tutulub.

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası Azərbaycan və ingilis, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisası isə yalnız Azərbaycan dilində tədris olunacaq. Nəzərdə tutulan plan yerlərini təqdim edirik:

Xatırladaq ki, ötən il Azərbaycan dilində tədris olunan ixtisaslar üzrə plan yerləri tam dolmuşdu. 2021-ci ildə qəbuldan sonra formalaşan keçid ballarını diqqətinizə çatdırırıq:

Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən 1-ci qrup imtahanlarının nəticələrinə əsasən aparılır. Belə ki, abituriyent topladığı bala uyğun olaraq ADDA ixtisaslarını seçə bilər.

Akademiyaya qəbul olmaq üçün əlavə heç bir qabiliyyət imtahanı nəzərdə tutulmur.

Bu il də, keçən il olduğu kimi, imtahandan öncə sağlamlıq haqqında arayış təqdim etməyə ehtiyac olmayacaq. Yalnız tələbə adını qazananlar Akademiyaya yaşadıqları ərazi üzrə poliklinikadan müvafiq sağlamlıq arayışı gətirəcəklər.

Akademiyanın tələbəsi adını qazanan və rayon qeydiyyatında olan tələbələr ehtiyacı olduğu halda yataqxanaya yerləşdirilməsi üçün dekana ərizə ilə müraciət edə bilər. Yataqxana ADDA tələbələri üçün güzəştli ödənişlə təklif olunacaq.

Akademiyanın tələbələri oxuduqları müddətdə pulsuz dərs vəsaitləri, geyim forması və gündə 2 dəfə isti yeməklə təmin ediləcək.

Qəbul imtahanının nəticələrinə əsasən yüksək balla qəbul olan və oxuduqları müddətdə imtahan sessiyasını “əlaçı” kimi başa vuran tələbələrə müvafiq təqaüdlə yanaşı ASCO-nun əlavə təqaüdü də verilir.

Paylaş:
486

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər