Bakı sakinini döyüb 3800 manatını alıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakinini döyüb 3800 manatını alıblar

Qafar Ağayev11:20 - 19 / 04 / 2022
Bakı sakinini döyüb 3800 manatını alıblar

Bakı sakininə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Qaradağ rayon Polis İdarəsinnin 11-ci Polis Bölməsinə müraciət edən Ələt qəsəbə sakini P.Məmmədov aprelin 14-də saat 2 radələrində yaşadığı evində döyülərək 3800 manat pulunun alınmasını və əllərinin iplə bağlanmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:
240

Son xəbərlər

Bütün xəbərlər