Bu il 600-dən çox sürücünün qanında narkotik aşkarlanıb
Bu ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 18526 nəfər istiqamətləndirilib.
1news.az-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-fevral-mart aylarının yekununa dair məlumatında deyilir.
Həmin sürücülərdən narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 817 nəfərindən 612-si istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Cari ilin yanvar- mart ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 498 vətəndaş müraciəti daxil olub ki, onların 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 190-nı narkotik asılılıqdan müalicə, 249-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 252 məktub ünvanlanıb.