Mürərrikinin həcmi az olan avtomobillər icbari sığorta olunmur? – Ekspert çıxış yolu göstərdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Mürərrikinin həcmi az olan avtomobillər icbari sığorta olunmur? – Ekspert çıxış yolu göstərdi

Qafar Ağayev13:17 - 20 / 04 / 2022
Mürərrikinin həcmi az olan avtomobillər icbari sığorta olunmur? – Ekspert çıxış yolu göstərdi

Dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da nəqliyyat vasitələri icbari sığorta olunur.

Avtomobillərin icbari sığortası ildə bir dəfə yenilənir və bu sığorta yenilənməyəndə avtomobil cərimələnir. Əlbəttə icbari sığortanın olması çox yaxşıdı, ən azından qəza olanda qarşıdakı avtomobilə, obyektə dəyən zərər ödənilir. Ancaq bəzi hallarda avtomobi icbari sığorta etmək çətinləşir. İzləyicilərimizdən gələn müraciətə görə bir çox sığorta agentləri mühərrikinin həcmi 2000 kubmetrdən az olan avtomobilləri sığorta etməkdən imtina edir.

Məsələ ilə bağlı 1news.az-a danışan sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov bildirib ki, Bakı şəhərində 2 motora kimi avtomobillər, “BakuBus” avtobusları istisna olmaqla avtobusları sığorta şirkətləri yox, sığorta agentləri sığortalamaqdan imtina edirlər.

“Bunun səbəbi ondan ibarətdir ki, sığorta agenti sığorta şirkətlərinin sığorta məhsullarını satırlar. Mühərrikin həcmi 2000 kubmetrə qədər olan avtomobillər sərf etmədiyindən və avtobuslarda qəza çox olduğundan sığorta şirkətləri komissiya vermirlər. Komissiya verməyəndə də sığorta agentliyi həmin məhsulları satmaqdan imtina edirlər. Sığorta agentlərinə sərf etmədiyinə görə müştərilərə deyirlər ki, sığorta şirkəti 2 motordan aşağı mühərrikli avtomobilləri sığorta etmir”.

İlkin İbrahimov
İlkin İbrahimov

“Bunun çıxış yolu var” – deyə, İ.İbrahimov əlavə edib:

“İcbari sığortalar haqqında qanuna görə, avtonəqliyyat vasitələrinin icbari sığortası məcburi olduğuna görə, heç bir sığorta şirkəti bundan imtina edə bilməz. Əgər imtina edirlərsə, inzibati xətalar məcəlləsinin 469-cu maddəsinə görə, həmin sığorta şirkətinə və vəzifəli şəxsə sanksiya tətbiq olunur, qanunda nəzərdə tutulan cərimə olur. Əlavə olaraq da hərhansı bir sığorta şirkəti avtomobili icbari sığorta etməkdən imtina edirsə, o zaman şikayətici Mərkəzi Bankın 966 nömrəli qaynar xəttinə müraciət etməlidir. Mərkəzi Bank sığorta şirkətlərinə nəzarətedici orqandır”.

İ.İbrahimov deyib ki, sığorta agentlərindən imtina cavabı alan avtomobil sahibləri avtomobilini sığorta şirkəti ilə əlaqə saxlayaraq sığorta etdirə bilər.

“Sığorta şirkətlərinin öz saytlar var, sürücülər ora daxil olub onlayn şəkildə avtomobillərini sığorta etdirə bilərlər. Qanunvericilikdə nəzərdə tutulub ki, heç bir sığorta şirkəti avtomobili icbari sığorta etməkdən imtina edə bilməz”.

Paylaş:
1048

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər