Nəsimidə ikimərtəbəli yaşayış binasında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəsimidə ikimərtəbəli yaşayış binasında yanğın olub

Qafar Ağayev09:21 - 20 / 04 / 2022
Nəsimidə ikimərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 20 m² sahədə, binanın dam örtüyünün taxta atmaları 8 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a bildirilib ki, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 6 m² sahədə qarsalanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
260

Son xəbərlər

Bütün xəbərlər