Bu il ilk dəfə Bakı Su İnnovasiya Forumu keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il ilk dəfə Bakı Su İnnovasiya Forumu keçiriləcək

S.Xankişiyeva09:30 - 20 / 04 / 2022
Bu il ilk dəfə Bakı Su İnnovasiya Forumu keçiriləcək

Bu il ölkəmizdə ilk dəfə Bakı Su İnnovasiya Forumu (Water İnnovation Forum Baku) 17 may 2022-ci il tarixində Baku Marriott Hotel Boulevard-da keçiriləcəkdir.

Sudan səmərəli istifadə, bu sahədə optimal həll yolları və mütərəqqi texnologiyalardan istifadə, çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri, suyun keyfiyyətinin idarəedilməsi, ölçü və nəzarət texnologiyaları mövzularına həsr edilmiş tədbirdə 200 nəfərdən çox yerli və xarici şirkət nümayəndələrinin iştirakı gözlənilir.

Forum ölkəmizdə sudan səmərəli istifadəni təşviq etmək, çirkab (tullantı) suların təkrar emalı vasitəsi ilə ətraf mühitə olan negativ təzyiqlərin (footprint) azaldılması, bu sahədə olan effektiv və mütərəqqi texnologiyaların öyrənilməsi, tətbiqi, o cümlədən dövlət və özəl sektorun sıx əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində yaradılmış müzakirə mühitindən ibarət olacaqdır.

“AquaLink” MMC-nin təşkilatçılığı, Nijhuis Saur Industries, “A. O. Smith” və “Hach” şirkətlərinin dəstəyi ilə keçiriləcək bu forumda 3 panel olmaqla, hər panel üzrə yerli və dünyanın aparıcı şirkətlərinin mütəxəssislərinin çıxış edəcəyi tədbirdə aidiyyəti dövlət qurumları, əlaqədar digər təşkilatlar, müvafiq sahədə fəaliyyət göstərən yerli və xarici şirkətlərin, o cümlədən bütün maraqlı tərəflərin iştirakı təşkil ediləcəkdir.

Bundan əlavə, tədbir zamanı şirkətlərin öz məhsul və xidmətlərini sərgiləməsi üçün şərait yaradılacaq, tədbir iştirakçıları üçün fərqli aktivliklər təşkil ediləcəkdir.

17 may 2022-ci il tarixində Baku Marriott Hotel Boulevard-da baş tutacaq və gün boyu (09:00-19:00) davam edəcək “Water İnnovation Forum Baku” tədbiri ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi saytı (www.wifbaku.az), sosial media hesablarını izləyə, həmçinin iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz. Forumda iştirak sayı limitli və ödənişsizdir.

Facebook: https://www.facebook.com/WIF-BAKU-112278001445464/?ref=pages_you_manage

Instagram: https://www.instagram.com/wifbaku/

Linkedin: https://www.linkedin.com/company/85098167/admin/

Paylaş:
357

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYEBu gün, 17:01Qarabağ Universitetinə rektor təyin edilibBu gün, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilibBu gün, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıbBu gün, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edibBu gün, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlarBu gün, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEOBu gün, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıbBu gün, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14
Bütün xəbərlər