Dövlət Agentliyi Bakıda tikintidə qayda pozuntusunun qarşısını alıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Agentliyi Bakıda tikintidə qayda pozuntusunun qarşısını alıb - FOTO - VİDEO

Qafar Ağayev11:11 - 20 / 04 / 2022
Dövlət Agentliyi Bakıda tikintidə qayda pozuntusunun qarşısını alıb - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a verilən xəbərə görə, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində “İnşaat Konstruksiyaları” MMC tərəfindən aparılan tikinti işləri zamanı krandan təhlükəli istifadə olunması barədə vətəndaş tərəfindən nazirliyə müraciət edilib.

Müraciət əsasında FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən əraziyə baxış keçirilib.

Baxış zamanı həqiqətən də göstərilən ünvanda “İnşaat Konstruksiyaları” MMC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar qülləli kranın istismarı zamanı təhlükəsizlik qaydalarına riayət olunmadığı, o cümlədən texniki nəzarətin təşkili üzrə cavabdeh şəxslərin təyin edilmədiyi, qülləli kranın iş icra layihəsinə uyğun istismar edilmədiyi müəyyən edilib. Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunan qayda pozuntuları aradan qaldırılana qədər qülləli kranın istismarı dayandırılıb və bununla bağlı akt tərtib olunub.

Paylaş:
270

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05
Bütün xəbərlər