Hesablama Palatası ötən il 44 kənar dövlət maliyyə nəzarəti həyata keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hesablama Palatası ötən il 44 kənar dövlət maliyyə nəzarəti həyata keçirib

Qafar Ağayev11:31 - 20 / 04 / 2022
Hesablama Palatası ötən il 44 kənar dövlət maliyyə nəzarəti həyata keçirib

2021-ci ildə Hesablama Palatasının audit və analitik fəaliyyəti hesabına 44 kənar dövlət maliyyət nəzarəti həyata keçirilib.

1news.az xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, bunun 32 %-də nəzarət tədbiri ilk dəfə baş tutub. Nəzarət tədbirinin əhatə etdiyi orqanlardan 3-ü ali kateqoriya dövlət orqanı, 8-i mərkəzi icra hakimiyyəti orqanı və 1-i digər dövlət orqanı, 7-si publik hüquqi şəxs, 7-si dövlət mülkiyyətində olan və dövlətin səhmi (payı) olan müəssisə, 3-ü elm müəssisəsi, digərləri isə mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan təşkilatlar və müxtəlif təşkilati-hüquqi formaya malik qurumlar olub.

Paylaş:
258

Son xəbərlər

Bütün xəbərlər