Deputat: “Sahibə Qafarovanın Gürcüstanda söylədiyi nitq hər birimizi qürurlandırdı” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: “Sahibə Qafarovanın Gürcüstanda söylədiyi nitq hər birimizi qürurlandırdı”

Qafar Ağayev11:52 - 21 / 04 / 2022
Deputat: “Sahibə Qafarovanın Gürcüstanda söylədiyi nitq hər birimizi qürurlandırdı”

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 19-da Gürcüstana səfər edib.

Səfər zamanı Azərbaycan parlamentinin sədri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstan Prezidenti Salome Zurabişvili ilə, Gürcüstanın Baş naziri və digər rəsmi şəxslərlə görüşüb.

Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfərinin əhəmiyyəti nələrdir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri zamanı bu ölkənin parlamentinin sədri Şalva Papuaşvili ilə görüş keçirildi.

“Görüşdə Sahibə xanım Gürcüstan-Azərbaycan münasibətlərinin tarixinə, strateji partnyorluğumuza nəzər yetirdi, regionda sülh və əmin-amanlığın qorunmasında birgə əməkdaşlığın vacibliyini, 44 günlük Vətən müharibəsində Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və bir çox təxribatların qarşısının alınmasında yaxından iştirakını xüsusi vurğuladı. Səfər, ümumiyyətlə, çox uğurlu keçdi. Xanım sədr Sahibə Qafarovanın Azərbaycan nümayəndə heyətini yüksək səviyyədə təmsil etməsi və Azərbaycan həqiqətlərindən bəhs edən, eləcə də ölkəmizin bugünkü inkişafını özündə əks etdirən nitq söyləməsi hər birimizi qürurlandırdı. Bu, parlament diplomatiyasının uğurlu inkişafının təsdiqidir”.

Deputat qeyd edib ki, səfər zamanı Gürcüstanda yaşayan soydaşlarımıza qarşı hökumət tərəfindən göstərilən qayğı və dəstəyin təqdirəlayiq olduğu xüsusi vurğulandı:

“Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili də bu səfərin önəmindən və iki dövlət arasındakı strateji münasibətlərin daha da yaxşı olması üçün göstərilən səylərdən bəhs etdi. Eyni zamanda, onlar Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərinə sevindiklərini bildirdilər və iki dövlət arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd etdilər. Görüş zamanı, həmçinin, parlamentlərarası münasibətlərin inkişafı, xüsusilə beynəlxalq məsələlərdə birgə fəaliyyət məsələsi müzakirə edildi. Daha sonra xanım sədr Sahibə Qafarova Gürcüstanın Prezidenti ilə görüşdü və iki ölkə münasibətlərinin yüksək səviyyədə olması və bu əlaqələrin möhkəmləndirilməsi istiqamətində prezidentlərin səylərinin əvəzsiz rolunu ifadə etdi. Rəsmi səfər zamanı Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin birgə görüşü keçirildi, nümayəndələr maraqlı fikirlər səsləndirdilər. Bütün görüşlər zamanı Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığının vacibliyi vurğulandı. Doğrudan da, iki dövlətin tarixə söykənən əlaqələrinin bu gün də yüksək səviyyədə inkişaf etdirilməsi hər iki tərəfi sevindirir. Səfərin ikinci günü Azərbaycanın Gürcüstandakı səfirliyinə baş çəkdik. Cənab səfir diplomatik korpusun fəaliyyəti, həyata keçirilən layihələr və soydaşlarımızın problemlərinin aradan qaldırılması üçün Azərbaycan hökumətinin fəaliyyəti barədə məlumat verdi. Daha sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinə getdik və muzeylə yaxından tanış olduq. Orada Azərbaycan mədəniyyətini - musiqi və incəsənətini yaşadan soydaşlarımızla tanış olduq, rəsm sərgisinə baxdıq. Bir sözlə, Tiflisdə Azərbaycan mədəniyyətini təbliğ edən muzeyin fəaliyyət göstərməsi hər birimizi çox sevindirdi. Ümumilikdə, səfər zamanı Azərbaycan nümayəndə heyətinə qarşı Gürcüstan rəsmiləri tərəfindən yüksək səviyyəli diqqətin göstərilməsi Prezident İlham Əliyevin Gürcüstan- Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfə və səylərlə bağlıdır. Gürcü deputatlarla söhbət zamanı onların Azərbaycana doğma münasibət bəslədiklərinin şahidi olduq. Azərbaycan və Gürcüstan əlaqələrinin möhkəmləndirilməsi, iqtisadi, mədəni və siyasi münasibətlərin daha da zənginləşdirilməsi üçün onların da töhfə verməyə hazır olduqlarını müşahidə etdik”.

Paylaş:
296

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər