Daşıma şirkətinin ayaqqabı bağlamasından 118 min manatlıq brilyant qaşlar aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Daşıma şirkətinin ayaqqabı bağlamasından 118 min manatlıq brilyant qaşlar aşkarlandı

Qafar Ağayev10:59 - 22 / 04 / 2022
Daşıma şirkətinin ayaqqabı bağlamasından 118 min manatlıq brilyant qaşlar aşkarlandı

Son dövrlər müxtəlif daşıyıcı şirkətlər vasitəsilə ölkə ərazisinə gətirilən yüklərin içərisində şəxsi istifadə adı altında bəyan edilən mallardan kommersiya təyinatlı olan malların aşkar edilməsi, qaçaqmalçılıq faktları artıb.

Belə ki, cari il ərzində, ümu­milik­də 29 fakt üzrə ayrı-ayrı fiziki şəxslər tərəfindən sifariş edilmiş mallar kimi göstərilən lakin, kommersiya təyinatlı mallar olduğu sübuta yetirilən və müvafiq tənbeh tədbiri tətbiq edilən işlər qeydə alınıb. Əgər keçən ilin 3 ayı ərzində cəmi 7 belə fakt müəyyən edil­mişdisə, artıq bu ilin eyni dövründə 4 dəfə çox - 29 belə fakt müəyyən edilib.

Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, eyni zamanda, aparılan araşdırmalar sürətli poçt daşıma şirkətləri vasitəsilə onlayn sifariş əsasında daşınması həyata keçirilən bağlamalarda şəxsi istifadə üçün icazə verilən limit məbləğindən sui-istifadə hallarının artmasını da göstərir.

Qeyd edək ki, daşıma şirkətlərinin biri tərəfindən ölkə ərazisinə gətirilən ayaqqabı yükü kimi qeyd edilən bağlamaya gömrük baxışı zamanı ayaqqabının içindən, ümumi dəyəri 118659 manat dəyərində 75 qram brilyant qaşlar aşkar edilib.

Bu kimi faktlara misal olaraq, digər bir poçt daşıma şirkəti tərəfindən ölkə ərazisinə gətirilən geyim əşyalarının içərisindən gömrük orqanından gizlədilmiş, 3 ədəd “Samsung” markalı mobil telefon, həmçinin “Maska paketi” yükləri kimi gömrük orqa­nına bəyan edilən bağlamanın içərisindən, gömrük nəzarətindən gizlədilmiş, qızıl-zinət əşyaları aşkar edilərək ölkə ərazisinə qanunsuz yolla idxal edilməsinin qarşısı alınıb.

Göstərilən faktlardan əlavə həyata keçirilən gömrük yoxlamaları zamanı daha bir şirkət tərəfindən daşınması həyata keçirilən yüklərə dair təqdim edilən məlumat­larda, 146 ədəd bağlamaya aid qiymət məlumatları faktiki yuxarı həddə olmağına bax­mayaraq “1” türk lirəsi qeyd edilib. Bu da öz növbəsində aylıq limit məbləğinin düzgün hesablanmasına mane olan hallar kimi qiymətləndirlir, qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Gömrük Komitəsi bir daha vətəndaşlara müraciət edərək xaricdən sifariş etdikləri məhsulların asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilməsi üçün qanunvericiliyə riayət etmələrini, bəyannamədə mallara dair məlumatların düzgün gös­tərilməsini tövsiyə edir.

Paylaş:
372

Son xəbərlər

Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47
Bütün xəbərlər