Bakıda moped sürücüsünü döyən məmur həbs olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda moped sürücüsünü döyən məmur həbs olundu

15:23 - 26 / 04 / 2022
Bakıda moped sürücüsünü döyən məmur həbs olundu

Bakıda moped sürücünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarı ilə Sultan Dadaşov barəsində 25 sutka inzibati qaydada həbs qərarı verilib.

Xatırladaq ki, sözügedən hadisə ilə bağlı ötün gün sosial şəbəkədə görüntülər yayılıb. “Lexus” markalı, 10 VX 707 dövlət qeydiyyat nişanlı minik avtomobili ona yol verməyən moped sürücüsünü əvvəlcə avtobillə sıxaraq xəsarət yetirib. Daha sonra “Lexus”-un sürücüsü Sultan Dadaşov avtomobildən düşərək digər sürücüyə qarşı təhqiredici ifadələr işlədib, fiziki güc nümayiş etdirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlanıb.

1news.az

Paylaş:
336

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər