Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

Qafar Ağayev11:54 - 27 / 04 / 2022
Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin(BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı Elm Olimpiadasının I mərhələsi aprelin 30-u keçiriləcək.

BŞTİ-dən 1news.az-a verilən məlumata görə, olimpiada 18 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Olimpiadanın I mərhələsində iştirak etmək üçün 850-ə yaxın şagird (https://forms.gle/XKgs7YLWJnR5o2Fk9) elektron qeydiyyatdan keçib. Şagirdlər komanda şəklində biliklərini sınayacaqlar.

VIII, IX, X sinif şagirdləri arasında keçiriləcək olimpiadanın I mərhələsində iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetirəcəklər.

I mərhələdə test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla qiymətləndiriləcək.

Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 12 komanda olimpiadanın final mərhələsində (25-26 may) iştirak üçün vəsiqə qazanacaq.

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.

Paylaş:
284

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər