Atası tərəfindən həyətə tullanan körpənin vəziyyəti necədir? – TƏBİB-dən açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Atası tərəfindən həyətə tullanan körpənin vəziyyəti necədir? – TƏBİB-dən açıqlama

Qafar Ağayev12:35 - 27 / 04 / 2022
Atası tərəfindən həyətə tullanan körpənin vəziyyəti necədir? – TƏBİB-dən açıqlama

Aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Bəs hazırda uşağın vəziyyəti necədir?

Məsələ ilə bağlı 1news.az-ın sorğusuna cavab olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova bildirib ki,hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasının Uşaq şöbəsinin İntensiv Terapiya palatasındadır.

“Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həkimlərin nəzarətindədir”.

Həmçinin oxuyun: 1 yaşlı övladını həyətə tullayan ataya cinayət işi açıldı

Paylaş:
393

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər