Qarabağda minatəmizləmə əməliyyatları üçün yeni texnikalar gətirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağda minatəmizləmə əməliyyatları üçün yeni texnikalar gətirildi - FOTO

Qafar Ağayev13:14 - 28 / 04 / 2022
Qarabağda minatəmizləmə əməliyyatları üçün yeni texnikalar gətirildi - FOTO

Qarabağda MV – 10 və MV – 4 minatəmizləmə maşınları əməliyyatlara qatılıb.

1news.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə sağlam və təhlükəsiz yaşam mühitinin yaradılması istiqamətində zəruri tədbirlərin icrasını davam etdirir.

2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezidentimiz cənab İlham Əliyev - işğaldan azad edilən Qarabağın partlayıcı qurğulardan təmizlənməsi - prioritet məsələdir, və bu məsələ həllini tapmadan vətəndaşların yerləşdirilməsi mümkün deyil. Buna görə də işlərin davamlı və səmərəli keçirilməsi üçün yeni texnika, dronlar və digər müasir cihazların alınması həyata keçirilir deyə vurğulayıb.

ANAMA tərəfindən həyata keçirilən mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə əməliyyatlarına Xorvatiyanın DOK-İNG şirkətinin istehsalı olan MV-10 və MV – 4 mexaniki minatəmizləmə maşınları qatılıb. Şirkət ilə bağlanmış müqaviləyə əsasən ümumi olaraq 11 ədəd xüsusi təyinatlı minatəmizləmə maşınlarının ölkəyə gətirilməsi nəzərdə tutulub. Qeyd edilən maşınlardan artıq 10 ədədi Agentliyə təhvil verilib, 1 mexaniki vasitənin isə cari ilin ilk yarım illiyinədək çatdırılması planlaşdırılır.

Humanitar minatəmizləmə fəaliyyəti zamanı istifadə edilən MV-10 maşınları 3000 metrə qədər məsafədən pult ilə idarə olunur. MV – 4 maşınları üzrə bu məsafə 1500 metr təşkil edir. Maşınlar böyük meyl bucağı və sərt torpaq örtüyü olan ərazilərdə rahat idarə edilir.
Fırlanan zəncir aləti və kultivator eyni vaxtda və ya bir-birindən asılı olmayaraq işləmək imkanına malikdir.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-ə əsasən Böyük Qayıdış proqramının əsas istiqamətlərindən biri Qarabağ ərazisinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi ilə vətəndaşların təhlükəsiz qayıdışı və dayanıqlı məskunlaşması üçün münbit şəraitin yaradılmasıdır. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmənin hər üç metodologiyasını tətbiq etməklə genişmiqyaslı minatəmizləmə əməliyyatları icra edilməkdədir.

Paylaş:
612

Son xəbərlər

Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30
Bütün xəbərlər