Bakı Nəqliyyat Agentliyinin yeni əsasnaməsi hazırlanır - Eldar Əzizov | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Nəqliyyat Agentliyinin yeni əsasnaməsi hazırlanır - Eldar Əzizov

14:12 - 28 / 04 / 2022
Bakı Nəqliyyat Agentliyinin yeni əsasnaməsi hazırlanır - Eldar Əzizov

Bakı Nəqliyyat Agentliyinin yeni əsasnaməsi hazırlanır.

1news.az xəbər verir ki, bunu informasiya agentliklərinə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

E.Əzizov qeyd edib ki, Nazirlər Kabineti o əsasnaməni təsdiq edəndən sonra ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyevin "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" imzaladığı fərmana əsasən Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.

1news.az

Paylaş:
247

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər