Bəhramdan məmurun motosikletçini döyməsinə ironik reaksiya - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəhramdan məmurun motosikletçini döyməsinə ironik reaksiya - VİDEO

17:06 - 28 / 04 / 2022
Bəhramdan məmurun motosikletçini döyməsinə ironik reaksiya - VİDEO

Əməkdar artist Bəhram Bağırzadə bir neçə gün əvvəl Bakıda "Lexus" markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurması və təhqir etməsinə ironik yanaşıb.

1news.az axşam.az-a istinadən xəbər verir ki, aktyor bununla bağlı video çəkib və sosial şəbəkə hesabında yayımlayıb.

Başına kaska taxan və motosikletdə oturan Bağırzadə kənarda ona qışqıran "Korsan, bir bax da, az qala maşını vurmuşdun" deyən şəxsə "Nə qışqırırsan? Qoymursunuz işləməyə" cavabını verib.

Qeyd edək ki, Bəhram Bağırzadə bundan əvvəl Daxili İşlər Nazirliyi (DİN) tərəfindən yayımlanan qayda pozan vətəndaşların üzr videolarına ironik münasibət bildirib.

1news.az

Paylaş:
236

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər