Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb

S.Xankişiyeva16:08 - 28 / 04 / 2022
Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb

2021-ci ildə 95 nəfər insan alveri qurbanı müəyyən edilib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Onlardan 5-i 18-25, 59-u 25-35, 31- i isə 35 yaşdan yuxarıdır. Bu qurbanlardan 92,8 faizi qadın, 7,2 faizi isə kişidir.

Qeyd edək ki, 2020-ci ildə 94 nəfər insan alveri qurbanı müəyyən edilib.

Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah - aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.

Paylaş:
436

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər