DİN-dən Göyçayda polisin xəsarət alması xəbərinə MÜNASİBƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN-dən Göyçayda polisin xəsarət alması xəbərinə MÜNASİBƏT

Qafar Ağayev17:27 - 28 / 04 / 2022
DİN-dən Göyçayda polisin xəsarət alması xəbərinə MÜNASİBƏT

Daxili İşlər Nazirliyi (DİN) Göyçay sakininin polisə xəsarət yetirməsi ilə bağlı hadisəyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, aprelin 27-si saat 16 radələrində Göyçay rayonunun Bığır kəndində kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaradıb, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən RPŞ-nin əməkdaşı Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq bir hissəsi ilə sonuncuya yüngül bədən xəsarəti yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

N.Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

Paylaş:
240

Son xəbərlər

Bütün xəbərlər