Xarici beyin mərkəzlərinin nümayəndələri Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar - FOTO
Şuşada keçiriləcək konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan bir sıra ölkələrin beyin mərkəzlərinin nümayəndələri aprelin 28-də Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, qonaqlara beynəlxalq hava limanı haqqında məlumat verilib.
Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və ona Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.
Sonra nümayəndə heyətinin üzvləri Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.