Azercell-dən 010 seriyalı gözəl nömrələr! | 1news.az | Xəbərlər
Cəmiyyət

Azercell-dən 010 seriyalı gözəl nömrələr!

S.Xankişiyeva11:50 - 28 / 04 / 2022
Azercell-dən 010 seriyalı gözəl nömrələr!

Lider mobil operator müştərilərə eksklüziv seriyalara sahib olmaq şansını yaradır.

Ötən ilin noyabr ayında “Yeni 010 nömrələri – Qaliblərin seçimi!” şüarı altında hər kəsin çoxdan gözlədiyi yeni prefiksi istifadəyə vermiş “Azercell Telekom” abunəçilərin zövqlərini oxşayan yeni nömrələri satışa çıxarıb. Beləliklə, 27 aprel 2022-ci il tarixindən etibarən hər kəs “010” prefiksli 3, 4 və 5 rəqəmləri ilə başlayan gözəl nömrələri seçərək əldə edə bilər. Müştərilər hazırda satışda olan nömrələr barədə daha ətraflı şəkildə www.azercellim.com veb-səhifəsi vasitəsilə tanış ola bilərlər. Bu səhifə istifadəçilərə istədikləri nömrəni qısa müddət ərzində axtarıb tapmağa, onlayn ödəniş etməklə rahat şəkildə rəsmiləşdirməyə imkan yaradır.

Xatırladaq ki, Azercell şirkəti “010” prefiksli yeni nömrələri Vətən müharibəsində əldə etdiyimiz qələbənin ilk ildönümünün şərəfinə mobil rabitə bazarına təqdim edib. Qeyd edək ki, www.azercellim.com saytı iri miqyasda nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən ilk belə platformadır.

Öz müştəriləri üçün daha rahat bağlantını təmin etməyi və rəqəmsal xidmətlərin daha əlçatan olmasını hədəfləyən Azercell şirkəti yeni “010” nömrələrinə sahib olacaq abunəçilərinə yalnız xoş xəbərlər almağı arzu edir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə doğru irəliləyən Azercell-in xidmətləri 5 milyondan çox abunəçinin seçimidir. Şirkətin bazar payı 51%, ölkə ərazisi üzrə əhatə dairəsi 94,15%, ölkə əhalisi üzrə əhatə dairəsi 98,70% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq, Azərbaycanda Qızıl Stevie mükafatı alan yeganə şirkətdir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, “Asan İmza” mobil elektron imza xidməti və həlləri. Azərbaycanda ilk dəfə 5G texnologiyasının pilot rejimdə sınaqlarını da məhz Azercell keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın şəhərini əhatə edir.

Reklam hüququnda

Paylaş:
319

Son xəbərlər

NAYORA tərəfindən Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilibBu gün, 17:57Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:47Prezident Sus kəndində sakinlərlə görüşdü - Elektrik stansiyaların açılışını etdiBu gün, 17:32Türkiyə Milli Müdafiə Universitetinin nümayəndələri Azərbaycanda - FOTOBu gün, 17:11ADY rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOBu gün, 17:02Şuşa rayonunun Turşsu qəsəbəsinin təməli qoyulubBu gün, 16:57Azərbaycan Ordusunda andiçmə mərasimləri - FOTO - VİDEOBu gün, 16:49Daşkəsənə dolu düşüb - Faktiki havaBu gün, 16:47Bakı-Şamaxı yolunda yeni qurğu - Qayda pozduğunuzu dərhal biləcəksinizBu gün, 16:34“AccessBank” Naxçıvan MR İqtisadiyyat Nazirliyi və AYİB-in dəstəyi ilə Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edibBu gün, 16:28İlham Əliyevlə xanımı Şuşanın ilk sakinləri ilə görüşdüBu gün, 16:21PAŞA Holding-in törəmə şirkətlərindən olan Agro Dairy-nin növbəti Kənd Təsərrüfatı təlimləri keçirildiBu gün, 16:19İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublarBu gün, 16:09Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olduBu gün, 15:57Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edibBu gün, 15:45Azərbaycanın XİN başçısı Qazaxıstana təşəkkür edibBu gün, 15:30Ölkənin ucqar regionlarında yüksəksürətli internetə çıxış əldə edənlərin sayı açıqlanıbBu gün, 15:26Bərdədə qadın küçədə bıçaqlandıBu gün, 15:19Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir - FOTOBu gün, 15:08Universitetlərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıbBu gün, 15:03
Bütün xəbərlər