“Qala” Qoruğu sakinləri üçün qəbul günü keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qala” Qoruğu sakinləri üçün qəbul günü keçirilib - FOTO

Qafar Ağayev12:03 - 28 / 04 / 2022
“Qala” Qoruğu sakinləri üçün qəbul günü keçirilib - FOTO

27 aprel 2022-ci il tarixində “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun sakinləri üçün qəbul günü keçirdi.

1news.az xəbər verir ki, görüşdə sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandırılaraq, istəkləri dinlənilib , onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Bundan başqa ehtimal olunan problemlərin aradan qaldırılması məqsədi ilə İdarənin müvafiq struktur və qurumlarına tapşırıqlar verilib.

Görüşün sonunda qeyd olundu ki, sakinlərlə görüşlər İçərişəhər və Qala qoruqlarında mütəmadi olaraq keçiriləcək.

Paylaş:
335

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər