Bakı Fotoqrafiya evində məşhur İsveç foto rəssamı Elizabet Tollun fərdi sərgisi açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Fotoqrafiya evində məşhur İsveç foto rəssamı Elizabet Tollun fərdi sərgisi açılıb - FOTO

Qafar Ağayev15:10 - 29 / 04 / 2022
Bakı Fotoqrafiya evində məşhur İsveç foto rəssamı Elizabet Tollun fərdi sərgisi açılıb - FOTO

İsveç və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş mədəniyyət layihələri çərçivəsində 27 aprel 2022-ci il tarixində İsveçin Bakıdakı Səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və İsveçin “Oriflame” şirkətinin birgə əməkdaşlığı ilə isveçli fotoqraf Elizabet Tollun “Mənzərələr və Portretlər” adlı fotoqrafiya sərgisinin açılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, açılış mərasimində “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, İsveç Krallığının Azərbaycandakı səfiri cənab Kristian Kamillin və İsveç foto rəssamı xanım Elizabet Tollun çıxış ediblər.

Bakı Fotoqrafiya Evində təşkil edilən bu fərdi sərgidə Elizabet Tollun daha öncəki səfərləri zamanı Bakı, Qəbələ və Naxçıvanda çəkdiyi fotoşəkillərin bəziləri, eyni zamanda İsveç meşələrinin fotoşəkilləri və bir sıra portretlər nümayiş olunur.

Fotoqraf Bakı Fotoqrafiya Evində “Fotoqrafiya sənəti” mövzusunda interaktiv mühazirə ilə çıxış edib. Çıxışı zamanı o, mənzərə, portret və moda şəkilləri çəkərkən fotoqrafların xüsusi diqqət etməli olduğu məqamları açıqlayıb.

“Mənzərələr və Portretlər” fotoqrafiya sərgisi 2022-ci il aprelin 28-dən mayın 29-dək Bakı Fotoqrafiya Evində davam edəcək. Biletləri https://iticket.az/events/museums/menzereler-ve-portretler saytından əldə etmək olar.

Paylaş:
450

Son xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28
Bütün xəbərlər