Sumqayıtda yanğınla bağlı xəstəxanaya daxil olanların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda yanğınla bağlı xəstəxanaya daxil olanların sayı açıqlandı

Qafar Ağayev10:31 - 29 / 04 / 2022
Sumqayıtda yanğınla bağlı xəstəxanaya daxil olanların sayı açıqlandı

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb.

1news.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda qeyd olunub.

7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Hal-hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.

Həmçinin oxuyun:

Kəmaləddin Heydərov Sumqayıtda yanğın baş verən ərazidə olub - VİDEO

FHN yanğın baş verən ərazidən son görüntüləri yayıb - VİDEO

Sumqayıtdakı yanğınla bağlı cinayət işi açılıb

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər