FHN yanğın baş verən ərazidən son görüntüləri yayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN yanğın baş verən ərazidən son görüntüləri yayıb - VİDEO

Qafar Ağayev23:43 - 28 / 04 / 2022
FHN yanğın baş verən ərazidən son görüntüləri yayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın baş verən ərazidən yeni görüntüləri yayıb.

1news.az xəbər verir ki, əraziyə 10-dan artıq yanğınsöndürmə briqadası cəlb edilib.

Xatırladaq ki, FHN-nin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib.

Yanğınla mübarizə tədbirlərinə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Yanğının daha geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Həmçinin bax: Kəmaləddin Heydərov Sumqayıtda yanğın baş verən ərazidə olub - VİDEO

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər