Bakıda olan rus təşkilatlarına 30 apreldə “Georgi lenti” aksiyası keçirməyə icazə verilib? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda olan rus təşkilatlarına 30 apreldə “Georgi lenti” aksiyası keçirməyə icazə verilib? - AÇIQLAMA

Qafar Ağayev11:47 - 29 / 04 / 2022
Bakıda olan rus təşkilatlarına 30 apreldə “Georgi lenti” aksiyası keçirməyə icazə verilib? - AÇIQLAMA

Bir müddət əvvəl Azərbaycanın Rus Gəncləri Assosiasiyası İctimai Birliyi Bakıda yerləşən Rus Evinin dəstəyi ilə aprelin 30-da "Georgi lenti" aksiyası keçirəcəyini bəyan etmişdi.

Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında (indiki adı: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) törədilən terrorun qurbanlarının anım günü olduğu üçün, aksiyanın həmin gündə keçirilməsi və ümumiyyətlə Rusiyanın Ukraynada törətdikləri ilə bağlı sosial şəbəkələrin Azərbaycan seqmentində elan ciddi narazılıqla qarşılanıb.

Məsələ ilə bağlı 1news.az-a danışan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov aksiya keçirmək üçün Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət edilməlidir.

“Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq cavab verməlidir. Əgər onlara icazə verilərsə, polis əməkdaşları aksiyanın təhlükəsizliyini təmin edər. İcra hakimiyyəti tərəfindən icazə verilməsə, aksiya keçirilməsini məqsədəmüvafiq hesab etməsə, o halda həmin aksiya qanunsuz hesab olunur. Belə olan halda aksiyanın keçirilməsi yolverilməsdir”.

Bakı şəhər icra hakimiyyətindən 1news.az-a bildirilib ki, Azərbaycanın Rus Gəncləri Assosiasiyası İctimai Birliyi tərəfindən aksiya keçirməklə bağlı müraciət olunmayıb.

Qeyd edək ki, elan həm “Rus evinin”, həm də Azərbaycanın Rus Gəncləri Assosiasiyası İctimai Birliyinin sosial şəbəkə hesablarından pozulub. Həmin ekran görüntülərini təqdim edirik.

Xatırladaq ki, "Georgi lenti" aksiyasi 2005-ci ildən etibarən Rusiya hökuməti tərəfindən beynəlxalq səviyyədə keçirilir.

Aksiya öz adını 1769-cu ildə Rusiya çariçası İkinci Yekaterinanın göstərişi ilə təsis edilən Müqəddəs Georgi Ordenindən götürüb.

2005-ci ildən sonra isə "Georgi lenti" aksiyası daha çox İkinci Dünya Müharibəsində 9 May qələbəsinin simvolu kimi göstərilib.

Paylaş:
569

Son xəbərlər

Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44
Bütün xəbərlər