İcbari sığorta üzrə tibbi xidmətlər artırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

İcbari sığorta üzrə tibbi xidmətlər artırılacaq

S.Xankişiyeva13:47 - 02 / 05 / 2022
İcbari sığorta üzrə tibbi xidmətlər artırılacaq

Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin 2021-ci ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.

“Koxlear implantasiya əməliyyatının sayının 400-ə qədər (əvvəlki say 300)

Endoprotezləşdirmə əməliyyatının isə 1200-ə qədər artırılması təklif edilib (əvvəlki say 300).

İlkin səhiyyə xidməti, təcili yardım, laborator, ambulator və stasionar tibbi xidmətlər üzrə Agentlik tərəfindən tibb müəssisələrinə ödənilən 1000-dən çox xidmətin tarifi artırılıb” - deyə o bildirib.

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər