Özünü qazi kimi təqdim edən dilənçi saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Özünü qazi kimi təqdim edən dilənçi saxlanılıb - VİDEO

10:45 - 03 / 05 / 2022
Özünü qazi kimi təqdim edən dilənçi saxlanılıb - VİDEO

Bakıda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.

Məlum olub ki, o, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkum olunub.

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ümid Məmmədov barəsində araşdırmalar davam edir.

1news.az

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər