Bakı Su İnnovasiya Forumuna qeydiyyat davam edir
Azərbaycanda ilk dəfə keçiriləcək “Bakı Su İnnovasiya Forumu” (Water Innovation Baku) “GƏLƏCƏK ÜÇÜN SU” şüarı ilə 17 may 2022-ci il tarixində sudan səmərəli istifadə,bu sahədə optimal həll yolları və mütərəqqi texnologiyalardan istifadə, çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri, suyun keyfiyyətinin idarəedilməsi, ölçü və nəzarət texnologiyaları mövzularını gündəmə gətirəcəkdir.
Forum ölkəmizdə sudan səmərəli istifadəni təşviq etmək, çirkab (tullantı) suların təkrar emalı vasitəsi ilə ətraf mühitə olan neqativ təzyiqlərin azaldılması, bu sahədə olan effektiv və mütərəqqi texnologiyaların öyrənilməsi və tətbiqi istiqamətində həyata keçiriləcəkdir.
“AquaLink” MMC-nin təşkilatçılığı, Nijhuis Saur Industries, “A. O. Smith” və “Hach” şirkətlərinin dəstəyi ilə keçiriləcək tədbirdə “A.O. Smith Water Technology Turkey”-in əməliyyat üzrə direktoru Aşkın Aksu, “A.O Smith Water Technology INC.”-in layihə satış meneceri Cem Abdullahoğlu, “Nijhuis Saur Technology”-nin bölgə satış direktoru Emiel Koster, “Nijhuis Industries B.V. Russia and CIS”-in baş meneceri Dmitry Molokanov, “Nijhuis Industries Kazakhstan and CIS”-in nümayəndəsi Aigul Nurmagambetova, “VORTEX Water Engineering” şirkətinin qurucusu və direktoru, “HACH” şirkətinin Gürcüstan üzrə regional nümayəndəsi Archil Nasrasvilli, bundan əlavə SOCAR, BP, “AZƏRSU” ASC-nin nümayəndələrinin çıxışı gözlənilir.
Forumda iştirak sayı limitli və ödənişsizdir. İştirak üçün wifbaku.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.
Bakı Su İnnovasiya Forumu barədə ətraflı məlumatı tədbirin rəsmi internet səhifəsindən (www.wifbaku.az) əldə edə və iştirak üçün qeydiyyatdan keçə bilərsiniz.
Forumun İnstaqram hesabı: (https://www.instagram.com/waterinnovationforumbaku/),
Forumun Facebook hesabı: (https://www.facebook.com/Water-Innovation-Forum-112278001445464),
Forumun Linkedin hesabı: (https://www.linkedin.com/company/wif-baku/)
Reklam hüququnda